Dünən Sabirabadda "28 may - Respublika günü"nə həsr olunmuş yığıncaq keçirilib. Tədbirə rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının məsul işçiləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, YAP rayon təşkilatının fəalları, ictimaiyyətin, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.
Tədbirdən əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub. Rayonun Mədəniyyət Mərkəzində təşkil olunmuş tədbir açıq elan edilmiş, Dövlət Himni səsləndirilib. İştirakçılar qarşısında rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov məruzə ilə çııxış edib. O qeyd edib ki, 28 may - Respublika günü -– 1918-ci ildə müsəlman şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. Hökumətin ilk başçısı Fətəli xan Xoyski olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti qısa müddətdə böyük nailiyyətlər əldə edib. Belə ki, ilk dəfə qadınlara seçim hüququ verilib, milli ordu, milli pul, milli bank yaradılıb, azad seçkilər təşkil edili, beynəlxalq əlaqələr qurulub. 9 noyabr 1918-ci ildə üçrəngli dövlət bayrağı qəbul edilib. Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai – siyasi şəraitdə 23 ay fəaliyyət göstərə bilib.
Tədbirin bədii hissəsində Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin və Bakı şəhəri 12 saylı musiqi məktəbinin birgə konserti olub. Konsert tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...