Şəmkir polisi silsilə cinayətlər törədən Alik ləqəbli oğrunu ifşa edib
Yanvarın 31-i saat 23 radələrində Şəmkir rayonunun Dəllər qəsəbəsindən avtomobil qaçırılıb. Naməlum şəxs qəsəbə sakini Mehdi Tağıyevin “VAZ 21011” markalı avtomobilini yaşadığı evin qarşısından oğurlayıb.
Şəmkir polisi maşın oğrusunun kimliyini müəyyən etməyə o qədər də vaxt sərf etməyib. Keçirilən əməliyyat- axtarış tədbirləri nəticəsində avtomobilin Mehdi Tağıyevin həmkəndlisi, 23 yaşlı Əli Yusifov tərəfindən oğurlandığı məlum olub. O və avtomobilin yeri müəyyən edilərək istintaqa təhvil verilib.
İstintaq Əli Yusifovun digər oğurluq cinayətini də ortaya çıxarıb. Məlum olub ki, 23 yaşlı gənc mağazalara da qənim kəsilibmiş. Ona bu işdə bir müddət əvvəl Goranboyda saxlanılan həmyerlisi Arzu Əsgərov və Bakı sakini Ağasif Baxışov kömək ediblər. Marketlərdən xeyli miqdarda nağd pul, tütün məmulatları, spirtli içkilər və müxtəlif danışıq kartları oğurlayanlar Gəncədə bir müddət kirayənişin yaşamaqla əməllicə kef çəkiblər.
Hazırda Şəmkir Rayon Polis Şöbəsinin istintaq bölməsində Əli Yusifov və onun cinayət ortaqlarının əməlindən zərərçəkənlərin sayı müəyyənləşdirilir. Günahları tam sübuta yetirilərsə, dəstə üzvlərini ən azı 7 il həbs gözləyir.
MilliYol.Az
Digər xəbərlər
loading...