Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün yubiley qolu vurulub
MilliYol.Az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, XVII turun “Qarabağ” – “Zirə” görüşündə qeydə alınan ilk top mövsümdə 150-ci olub.
Buna Ağdam klubunun futbolçusu Əfran İsmayılov imza atıb. Hesabat turunadək 147 vurulmuşdu. Turun ilk gününün 3-cü qolu mövsümdə 150-ci kimi tarixə düşüb.
Çempionatın ilk qolunu 2016-cı il avqustun 6-da keçirilmiş AZAL – “Neftçi” oyununun (0:2) 60-cı dəqiqəsində qonaqların futbolçusu Elvin Bədəlov vurub. 50-ci qol isə “Qarabağ”ın yarımmüdafiəçisi Rahid Əmirquliyevin hesabındadır. O, V turun sentyabrın 19-da keçirilmiş “Zirə” ilə matçının (2:0) 20-ci dəqiqəsində fərqlənib.
Qeyd edək ki, 100-cü qol X turun oktyabrın 30-da baş tutan “İnter” – “Sumqayıt” (3:1) görüşünə təsadüf edib. Nizami Hacıyevin 80-ci dəqiqədəki qolu yubiley xarakteri daşıyıb.
MilliYol.Az
Digər xəbərlər
loading...