Azərbaycandan Avropa İnsan Haqları Məhkəməsinə 2016-cı ilin aprel döyüşləri vaxtı ermənilərin vurduğu ziyanla bağlı 700 ərizə göndərilib
APA-nın məlumatına görə, bunu Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri, Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov bildirib. O qeyd edib ki, artıq həmin işlər icraata götürülüb.
Ç. Əsgərov bildirib ki, Milli Qəhrəman Çingiz Qurbanovun nəşinin ermənilərdən alınması üçün böyük addımlar atılıb: “Möhtərəm prezidentin göstərdiyi səylər danılmazdır. Həmin hadisə ilə bağlı azərbaycanlı hüquqşünaslar tərəfindən Avropa İnsan Haqları Məhkəməsinə şikayət verilib”.
MilliYol.Az
Digər xəbərlər
loading...