"Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etmiş Rusiya və İsrail vətəndaşı, bloqer Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası tam qanunidir"
MilliYol.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri, Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov bu gün Milli Məclisdə "Beynəlxalq cinayətlərin qarşısının alınması və onları törədən şəxslərin cəzalandırılması haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
Ç.Əsgərov qeyd edib: "Bəzən deyirlər ki, onun Azərbaycana gətirilməsi o qədər də əhəmiyyətli deyil. Bu, yanlış yanaşmadır. Bizim həyata keçirdiyimiz iş qanun çərçivəsindədir. Bundan sonra Azərbaycan torpaqlarına qanunsuz səfər edənlər məsuliyyəti dərk edəcəklər. Bu istiqamətdə tədbirlərimiz davam edəcək".
MilliYol.Az
Digər xəbərlər
loading...