Türkiyənin yeni baş naziri Binəli Yıldırım ölkə parlamentində çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinin həllindən danışıb.
Baş nazir münaqişənin ədalətli həlli üçün əlindən gələni edəcəyini bildirib.
“İki ölkə arasında gərginliyin azaldılması və Azərbaycanın Ermənistan tərəfindən işğal edilən torpaqlarının azad edilməsi üçün səy göstərməliyik”, - deyə Yıldırım qeyd edib.
Türkiyənin baş naziri Ermənistanla gələcəkdə qurula biləcək iqtisadi və siyasi əlaqələrdən də danışıb. Nazir Ermənistanla qarşılıqlı maraqlar və işbirliyi üçün açıq mühitin yaradılmasını gözlədiklərini vurğulayıb:
"Tarixin araşdırılmasını özündə əks etdirən qarşılıqlı münasibətlərin qurulacağına inanırıq”.
Türkiyənin yeni baş naziri Ankaranın Qafqazdakı qeyri-sabit vəziyyəti şəxsi problem kimi qəbul etdiyini deyib. (Azvision.az)
MilliYol.Az
Digər xəbərlər
loading...