Yunanıstanın Rusiyaya qarşı sanksiyaların ləğvində böyük iqtisadi marağı olsa da, Afina bu yolu seçib Avropanın vahidliyini pozmayacaq
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Yunanıstan Baş naziri Aleksis Çipras söyləyib. O, Ukraynanın şərqində yaranmış konfliktdən əsas çıxış yolunun tərəflər arasında aparılacaq dialoq olduğunu bildirib:
“Biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik. Konfliktin həlli üçün göstərilən diplomatik səylərə də dəstək olacağıq”.
Qeyd edək ki, Çipras hakimiyyətə gəldiyi gündən etibarən Rusiyadan iqtisadi dəstək almağa çalışıb. Hətta baş nazir Moskvaya qarşı sanksiyaların səmərəsiz olduğunu və ləğv edilməsi gərəkdiyi ideyasını müdafiə edən əsas siyasətçilərdən olub. Doğrudur, 2015-ci ildə Brüsselə qarşı daha sərt siyasət yürüdən rəsmi Afina son aylar ərzində mövqeyini xeyli yumşaldıb.
MilliYol.Az
Digər xəbərlər
loading...