Bu gün Mərkəzi Bankda keçirilmiş hərracın nəticəsi məlum olduqdan sonra banklarda Doların alış və satış qiymətləri sürətlə aşağı düşür
Hazırda TuranBank 1 dolları 1.58 manatdan alır, 1.7350 manatdan satır.
Bank of Baku 1 Dolları 1.60 manatdan almağa, 1.80 manatdan satmağa başlayıb. Səhər saatlarında bu bank 1 dolları 1.68 manata alıb 1.83 manata satırdı.
AFB Bank da Dolları 1.60 manatdan almağa başlayıb.
Nikoyl Bank Dolların satış qiyməti 1.83 manatdan 1.75 manata endirib.Bu bankda alış qiyməti isə yenidən 1.68 manatdan 1.65 manata endirilib.
İndiyədək banklarda Dolların minimum alış məzənnəsi 1.65 manata düşmüşdü.
9 fevral 2017-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilmişdir. Hərracda manatın orta çəkili məzənnəsi 1,7301 səviyyəsində formalaşmışdır. Hərracda Dollar 5,2% ucuzlaşıb.
Digər banklarda da Dolların alış və satış məzənnələrinin aşağı düşəcəyi gözlənilir. (marja.az)
MilliYol.Az
Digər xəbərlər
loading...