Bu gün Ermənistanın paytaxtı İrəvanda əsgər anaları hökumət binasının qarşısında etiraz aksiyası keçiriblər
Erməni KİV-i xəbər verir ki, polis onlara qarşı zorakılıq tətbiq edib, əsgər analarını həbs etməyə çalışıb.
“Biz müdafiə naziri Viqen Sarkisyanı gözləyirdik. Birdən polislər bizə zor tətbiq etməyə başladılar. Onlar zorla bizi maşında gözləməyə vadar etdilər. Sonra onlar bizə tüpürdülər”, - deyə ölən erməni əsgər Artur Kazaryanın anası İrina Kazaryan bildirib.
Onlar canlarını həbs edilməkdən başqa bir polis əməkdaşının müdaxiləsindən sonra qurtara biliblər. Bundan sonra hökumətin binasına yaxınlaşan əsgər anaları müdafiə naziri Vigen Sarkisyanla görüş tələb ediblər.
Əsgər valideynləri övladlarının qeyri-döyüş şəraitində ölməsindən və uzun müddət keçməsinə baxmayaraq, ölüm faktlarının araşdırılmamasından şikayətləniblər.(azvision.az)
MilliYol.Az
Digər xəbərlər
loading...