ARB TV-də yayımlanan "Gəlin danışaq" verilişində qonaq olan müğənni Elvin Babazadə maraqlı açıqlamalar verib.
Müğənni konsert proqramlarından birində mahnı ifa edərəkən başına gələn maraqlı əhvalatı danışıb. Bildirib ki, səhnəyə çıxmamışdan qabaq səsi açılsın deyə verilən məsləhətlərə uyğun olaraq konyak içməyi qərara alıb. Lakin bir qədər çox içdiyindən özünü səhnədə apara bilməyib.
"Mənə çıxışdan əvvəl 50 qram konyak içməyi tövsiyyə etdilər. Mən isə birqədər çox içdim. Özümü səhnədə düzgün idarə edə bilmirdim".
MilliYol.Az
Digər xəbərlər
loading...