Birgə yaşayan Orxan və Liza küllü miqdarda xarici valyuta oğurlayıblar.
MilliYol.Az interaz-a istinadən xəbər verir ki, daxili işlər orqanlarının əməkdaşları ümumən cinayətkarlıq, o cümlədən oğurluq cinayətlərinin qarşısının alınması və açılması istiqamətində növbəti uğurlu əməliyyat-axtarış tədbiri həyata keçiriblər.
Bakı şəhər sakini Səbuhi Əhmədov polisə müraciət edərək fevralın 1-də Nərimanov rayonunun ərazisində ona məxsus "Hyundai" markalı avtomobildən içərisində 134.000 rus rublu və sənədlər olan çantaların naməlum şəraitdə oğurlandığını bildirib. Nərimanov Rayon Polis İdarəsi (RPİ) 17-ci Polis Bölməsi (PB) və Binəqədi RPİ 6-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Orxan Xəlilov və Qusar rayon sakini Liza Hacıxanova saxlanılıblar. İlkin ifadələri zamanı saxlanılan şəxslər törətdikləri cinayətləri etiraf ediblər. Qeyd edilən faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
MilliYol.Az
Digər xəbərlər
loading...