Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev türkiyəli biznes ortağı, “Metro” holdinqin sahibi Qalib Öztürklə Gürcüstanda məktəb tikdirir
MillliYol.Az AzEuroNews.com-a istinadən əldə etdiyi məlumatda deyilir ki, hələlik Gürcüstanın paytaxtı Tiflisdə tikilən məktəb kompleks 7 korpusdan ibarət olacaq. Pullu olan məktəbin təhsil haqqı illik 10 min dollardan başlayacaq. Əldə etdiyimiz məlumatda deyilir ki, Aydın Əliyev ingilis təmayüllü məktəb kompleksin tikintisi ilə yaxından tanış olmaq üçün ötən ay iki dəfə Tiflisə səfər edib.
Qalib Öztürklə “Raddison Blu” hoteldə görüşən Aydın Əliyev “Mtatsminda park”ın ərazisindəki məktəb kompleksin tikintisi ilə yaxından tanış olub.
Qeyd edək ki, məktəb kompleksinin tikintisini Türkiyənin “SM group” şirkəti həyata keçirir. Kompleksin tikintisində istifadə olunana materiallar isə, Türkiyədən gətirilir.
Məlumat üçün bildirək ki, Qalib Öztürklə Aydın Əliyevin uzun illərdir ki, biznes ortağıdırlar. 2012-ci ildə o vaxtkı baş nazir Rəcəb Tayyip Ərdoğanın göstərişi ilə həbs olunan Qalib Öztürk həbsdən çıxdıqdan sonra siyasi statusunda 180 dərəcə dəyişiklik edərək hazırkı AKP iqtidarını dəstəkləməyə başlayıb. O vaxt Q.Öztürk “Qara pul əməliyyatı” ilə bərabər narko ticarətlə də ittiham olunub.
“Metro” şirkətinin sahibi Qalib Öztürkün ən böyük ortaqlarından olan gömrük komitəsinin rəisi Aydın Əliyev uzun illərdir ki, holdinqin Azərbaycan-Türkiyə, Azərbaycan-Gürcüstan marşurut xətti üzrə sərnişin daşımaçılığına birbaşa nəzarət edir. Həmçinin o, şirkətdə böyük pay sahiblərindən hesab olunur. Holdinqin Azərbaycandakı avtobazası Bakı Beynəlxalq Avtovağzalında yerləşir.
* Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev
* “Metro” holdinqin sahibi Qalib Öztürk
* “Mtatsminda park” Gürcüstan
* Qalib Öztürklə görüşmək üçün Tiflisə gedən Aydın Əliyevin “Sınıq körpü” buraxılış-keçid məntəqəsində “TIR” sürücüləri ilə görüşü
Adları xəbərdə keçən tərəflərin mövqelərini də yayımlamağa hazırıq.
MilliYol.Az
Digər xəbərlər
loading...