Bakının Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən 301 saylı orta məktəbdə maraqlı hadisə baş verib. Belə ki, məktəbin 32 yaşlı Əminə adlı ingilis dili müəlliməsi həmin məktəbin şagirdi,, 18 yaşlı Cəlilə qoşulub qaçıb.
Məlumata görə, əvvəlcə tərəflərin ailə üzvləri bu birliyə razı olmayıb. Şagirdə qoşulub qaçan müəllimənin hərəkəti dərs dediyi məktəbin əməşdakları tərəfindəndə xoş qarşılanmayıb. Şagirdlərdən birinin verdiyi məlumata görə, bütün məktəb bu hadisəni danışır.
Digər mənbələrdən əldə olunan məlumata görə, gəlin müəllimə imkanlı ailənin övladıdır. Əminə müəllimənin anası qətiyyətlə bu nigaha yox deyir. Onun nə qardaşı var, nə bacısı. Evin tək qızıdır. Qızının qoşulub qaçdığını bilən atanında səhhəti pisləşib. Şagird-müəllimə sevgisi 2 il imiş davam edirmiş.
Digər mənbələrdən "Kanal Baku"ya daxil olan məlumatda qeyd edilir ki, məktəbin drektoru bu işə ilk əvvəldən yox deyib. Məktəbin direktoru Mamed müəllim "Kanal Baku"ya açıqlamasında bu hadisəni pislədiyini və bu işə qarşı çıxdığını bildirib.
MilliYol.Az
Digər xəbərlər
loading...