Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu fevralın 9-10-da Ukraynada işgüzar səfərdə olacaq
Virtualaz.org bildirir ki, bu barədə Türkyə XİN məlumat yayıb.
M.Çavuşoğlu ukraynalı həmkarı ilə Strateji Planlaşdırma üzrə birgə qrupun 5-ci iclasında iştirak edəcək.
“Mövlud Çavuşoğlu ukraynalı həmkarı Pavel Klimkinlə danışıqlar zamanı iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibəti ilə ikitərəfli münasibətləri və gələcək əməkdaşlıq üçün perspektivləri müzakirə edəcək”, - deyə məlumatda vurğulanır.
Bildirilir ki, səfər çərçivəsində Ankara və Kiyev arasında məsləhət planının imzalanması da gözlənilir. Bundan əlavə türkiyəli nazirin Ukrayna prezidenti Pyotr Poroşenko və baş nazir Vladimir Qroysmanla görüşü nəzərdə tutulub.
MilliYol.Az
Digər xəbərlər
loading...