"Xəzər TV"də "Bizə Danış" verilişində qalmaqallı anlar yaşanıb. Xoşqədəm Hidayətqızının aparıcılığı ilə yayımlanan veriilişin növbəti buraxılışında verilişə kömək məqsədi ilə müraciət edən Həsən adlı kişini efirdən qovublar.
Həsən bəy qeyri-rəsmi nikahda yaşadığı qadından övladı olsa da, həmin uşağın onun olmadığını iddia edib. Verilişə müraciət edən Həsən bəyin sözlərinə görə, o qadınla 1 il 7 ay qeyri-rəsmi nikahda yaşadığını etiraf edib. Rəsmi nikah bağlamayıb. Bu müddətdə onların övladı olmayıb və qadın həmin vaxtdan sonra 20 günlük atasının evində qalıb. 20 gündən sonra qadın gəlib deyib ki hamilədir , amma əri onun sözlərinə inanmayıb. O, uşağın atasının başqa biri olduğunu iddia edib.
Üstündən uzun illər keçməsinə baxmayaraq Həsən bəy efirə çıxaraq oğlunun atası olmadığını iddia edib. Ekspertlər onu aliment verməməsi üçün belə bir adddımı atmaqda günahlandırıb.
Verilişdə DNT analizinin cavabları açıqlanıb. Bütün gerçək ortaya çıxıb və kişinin yalan danışdığı məlum olub. Aparıcı X.Hidayətqızının verilişindən Həsən bəyi kənarlaşdırıb. (big.az)
MilliYol.Az
Digər xəbərlər
loading...