Aleksandr Lapşinə Azərbaycan dövləti tərəfindən vəkil təyin olunub
MilliYol.Az qafqazinfo-ya istinadən xəbər verir ki, vəkil Səfər Hüseynov onun müdafiəçisi olub. Bu gün isə S.Hüseynov A.Lapşinə təqdim ediləcək. Blogger Azərbaycan dövləti tərəfindən təyin olunan vəkildən imtina da edə bilər, razılaşıb müqavilə də bağlaya bilər.
S.Hüseynov açıqlamasında faktı təsdiqləyib və bildirib ki, hələ ki A.Lapşinlə görüşməyib: “Onunla görüşəcəyəm. Hazırda harada saxlanılmasını bilmirəm. Başqa bir məlumatım yoxdur. Lapşinin işi ilə bağlı hələ heç nə bilmirəm. Bundan sonra yenə onun vəkili kimi təyin olunub-olmayacağımı da bilmirəm”.
MilliYol.Az
Digər xəbərlər
loading...