Bu gün Azərbaycan təmsilçisi "Qarabağ" Avropa Liqasının Liqa mərhələsində 4-cü tur matçına çıxacaq.
MilliYol.az xəbər verir ki, Ağdam klubu səfərdə Norveç "Bodo Qlimt"i ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Oyunu Portuqaliyadan olan hakimlər idarə edəcəklər.
Hazırda Avroliqanın turnir cədvəlində "Qarabağ" 0 xalla sonuncu - 36-cıdır. "Bodo Qlimt" isə 7 xalla 9-cu pillədə qərarlaşır. Qurban Qurbanovun komandası 1-ci turda "Tottenhem"ə (0:3), 2-ci turda "Malmö"yə (1:2), 3-cü turda isə "Ayaks"a (0:3) məğlub olub. "Bodo Qlimt" əvvəlcə "Portu"nu üstələyib (3:2), 2-ci turda "Yunion"la heç-heçə edib (0:0), daha sonra isə "Braqa"ya qalib gəlib (2:1).
"Qarabağ" və Bodo Qlimt" tarixlərində ilk dəfə üz-üzə gələcəklər.
Qeyd edək ki, bu gün Avropa Liqasında 17 qarşılaşma baş tutacaq. Bir oyun isə dünən keçirilib: "Beşiktaş" - "Malmö" (2:1).
Avropa Liqası
Liqa mərhələsi
IV tur
7 noyabr
21.45 Bodo Qlimt (Norveç) - Qarabağ (Azərbaycan)
Hakimlər: Luis Qodinyo, Rui Teixeira, Pedro Almeida, Andre Narciso (Portuqaliya).
"Aspmira" stadionu.
Digər xəbərlər
loading...