Xaçmazda göbələkdən zəhərlənərək vəfat edən Günel Abdullayeva nazir köməkçisinin bacısı imiş.
MilliYol.az xəbər verir ki, 1985-ci il təvəllüdlü qadın təhsil nazirinin köməkçisi Taleh Əhmədovun bacısıdır.
Qeyd edək ki, Xaçmazda 1977-ci il təvəllüdlü İlahə Bayramova və rəfiqəsi 1985-ci il təvəllüdlü Günel Abdullayeva göbələkdən zəhərlənərək ölüblər. Məlumata görə, Günel Abdullayeva rəfiqəsi İlahə Bayramova ilə birgə Bakıdan Xaçmaza qonaq gedib və oktyabrın 28-də Seyidli kəndi ərazisində meşə zolağında topladıqları göbələkdən yedikləri üçün zəhərləniblər.
İlahə Bayramova Bakıya gətirilərkən yolda, Günel Abdullayeva isə paytaxtdakı xəstəxanada vəfat edib.
Digər xəbərlər
loading...