TAP layihəsinin Albaniyadan keçən hissəsinə bu il 400 mln. avro həcmində investisiya yatırılacaq
"APA-Economics" xəbər verir ki, bunu TAP-ın Albaniya üzrə baş direktoru Şkelqim Bozqo (Shkelqim Bozgo) bildirib.
"İşlərin gedişatından asılı olaraq bu il layihəyə 400 mln. avro həcmində investisiyanın yatırılması nəzərdə tutulub. Bizim hesablamalarımıza görə, layihəyə yatırılan investisiyalar Albaniyanın ÜDM-nin 4%-nə bərabər olacaq", - deyə Ş. Bozqo bildirib.
Baş direktor əlavə edib ki, TAP Albaniyanın iştirak etdiyi ən iri layihədir.
"İnvestisiya qoyuluşunun tempi qorunarsa, gələn il onların həcmi 1,5 mlrd. avroya çatacaq", - deyə o bildirib.
Qeyd edək ki, TAP layihəsinin Albaniyadan keçən hissəsinə 1800 nəfərlik işçi qüvvəsi cəlb olunub. Layihənin reallaşdırılması Albaniya ÜDM-nin 150 mln. avro artmasına səbəb olacaq.
Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından çıxarılan qazı Avropaya nəql edəcək TAP boru kəmərinin uzunluğu təxminən 878 kilometrdir. TAP Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoi məntəqəsində Trans-Anadolu qaz boru kəmərinə (TANAP) birləşəcək. TANAP və TAP konsorsiumları arasında tikinti zamanı əməkdaşlığa dair saziş imzalanıb və iki layihənin bir-birinə birləşdirilməsi üçün vacib şərtləri özündə əks etdirir. TAP layihəsi Azərbaycan qazının Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. 2020-ci ildə fəaliyyətə başlayacaq TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 mlrd. kubmetrədək artırılması planlaşdırılır. TAP-ın genişləndirilməsi üçün yalnız iki kompressor stansiyasının quraşdırılması məqbul hesab edilir.
TAP layihəsinin səhmdarları SOCAR (20%), BP (20%), "Snam" (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləridir.
MilliYol.Az
Digər xəbərlər
loading...