Tanınmış vəkil Əsabəli Mustafayev reanimasiyaya yerləşdirilib.
Bu barədə Qaynarinfo-ya vəkilin həyat yoldaşı Zemfira Mustafayeva məlumat verib.
Onun sözlərinə görə, vəkil 3-cü dəfə insult keçirib:
"Vəziyyəti çox ağırdır, danışa bilmir, nitqi tamam itib. Dünən 3-cü dəfə insult keçirib. Hazırda Sumqayıtdakı 2 nömrəli xəstəxananın reanimasiya şöbəsindədir. Yanına heç kəsi buraxmırlar".
Zemfira Mustafayeva bildirib ki, indi ümidləri yalnlız Allaha qalıb.
Qeyd edək ki, bir müddət öncə Əsabəli Mustafayevin səhhətində problemlər yaranmışdı. Vəkil insult diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli xəstəxanasına yerləşdirilmişdi.
Digər xəbərlər
loading...