Binance, dünyanın aparıcı blokçeyn ekosistemi və ticarət həcminə görə dünyanın ən böyük kriptovalyuta birjası və onun təhsil bölməsi olan Binance Academy, Azərbaycandan olan istifadəçilər üçün “Kriptoməktəb” adlı təhsil layihəsi çərçivəsində qabaqcıl kursun başladığını elan edir.
“Kriptoməktəb” layihəsi 2024-cü ilin əvvəlində istifadəyə verilib və yeni başlayan istifadəçilərə blokçeyn və kriptovalyutalar haqqında biliklər vermək məqsədi daşıyıb. Layihədə MDB ölkələrindən 1000-dən çox insan iştirak edib.
Yeni kursun əsas məqsədi “Kriptoməktəb” çərçivəsində blokçeyn texnologiyası, mərkəzsiz tətbiqlər (DApps), mərkəzsiz maliyyə (DeFi), NFT, kriptoticarət və bir çox digər sahələrdə daha dərin biliklər verməkdir. Kurs 70 moduldan ibarətdir və 22 oktyabr 2024-cü il tarixindən 22 noyabr 2024-cü il tarixinədək davam edəcək. Kursa Binance istifadəçisi olan istənilən şəxs qoşula bilər və təhsil təşəbbüsü tamamilə ödənişsizdir. Kursun sonunda iştirakçılara sertifikat veriləcək. Təhsil təşəbbüsü çərçivəsində bütün iştirakçıları tapşırıqları yerinə yetirdikləri üçün mükafatlar, həmçinin iPhone 15 və Airpods Pro Max hədiyyələrinin püşkü gözləyir. Ətraflı məlumat üçün linkə keçid edin.
“Bizim təhsil təşəbbüslərimiz rəqəmsal aktivlərin geniş yayılmasına yönəlmiş strategiyamızın əsasını təşkil edir. Azərbaycan kriptovalyutaların qəbulu sürətinə görə aparıcı mövqelərdədir və biz istifadəçilərə blokçeyn texnologiyası və kriptovalyutalar haqqında dərin və müasir biliklər təmin etməyə çalışırıq”, — deyə Binance-in Mərkəzi və Şərqi Avropa, Mərkəzi Asiya və Afrika regionlarının rəhbəri Kirill Xomyakov qeyd edib. “Kriptoməktəb” kimi layihələr regionda kriptosavadlılığın formalaşmasına töhfə verir, istifadəçilərə rəqəmsal aktivləri gündəlik həyata inamla inteqrasiya etməyə kömək edir, bununla yanaşı, təhlükəsizlik və tənzimləmə ilə bağlı mürəkkəb aspektləri daha yaxşı anlamalarını təmin edir."