"ARB Ulduz"un "Şou-məkan" proqramının növbəti qonağı müğənni Elvin Abdullayev olub.
MilliYol.Az xəbər verir ki, "Klip çəkmək mənasızdır" deyən müğənnilərə gördüyü işlərlə cavab verən müğənni bunun vacib olduğunu bildirib: "40-45 yaşına çatanda, heç olmasa, arxivini aç, gör nələr etmisən. Onsuz da, şou-biznesdə durğunluq var. Dayanmaq lazım deyil. Hər şeyi maddiyyatla bağlamaq olmaz. Məni çox ruhdan salıblar: "Neyləyirsən, toylar zəifdir" deyiblər. Hər şeyi toya bağlayırlar. Müğənni pul oldu-olmadı mütləq klip çəkdirməlidir".
Daha sonra Elvin gördüyü işlərə, yaradıcılıq layihələrinə həyat yoldaşını yaxın buraxmamasının səbəblərini də dilə gətirib: "Düşünürəm ki, o, müdaxilə etməsə, daha yaxşı olar. Çünki müdaxilə etsə və problem yaransa, o, mənim xarakterimi bilir. Müharibə çıxardıram. Ona görə deyir ki, "Özün bilərsən. Yaxşı oldu, pis oldu, özün özünlə dalaşarsan".
Bəyənmədiyi, son iki-üç günün rejissoru olaraq qiymətləndirdiyi yerli klipmeykerlər nə qədər ona klip çəkmək üçün müraciət etsələr də, Elvin onların təklifini qəbul etməyib: "2-3 günün rejissorları mənə müraciət edirlər ki, gəlin sizə klip çəkək. Baxıram işlərinə, bəyənmirəm. Mənim üçün klipdə süjet xəttinin olması önəmli deyil. Sadə bir klip olsun. Mənim üçün əsas vizual görüntüdür, rənglənmə və keyfiyyətdir. Buradakı təzə rejissorları bəyənmirəm".
Gürcü rejissor ilə birlikdə artıq altı klip ərsəyə gətirən ifaçının son layihəsi də elə Givi tərəfindən çəkilib. Müğənni klipi bəyənsə də, orada çəkilən qız heç ürəyincə olmayıb: "Artıq altıncı klipdir ki, Givi ilə çalışıram. Bu klipimizin rejissoru yoxdu. Sadə bir klip çəkdik. Çox xoşuma gəldi, ancaq qızı bəyənmədim. Çünki onu görməmişdim. Kadrlarımız ayrı-ayrı günlərdə çəkilib".
"Elvin, klipdə sənin və tərəf-müqabilin olan xanımın görüntüləri ayrı-ayrı vaxtlartda çəkilib. Bəlkə, bunun üçün həyat yoldaşın sənə müəyyən tapşırıqlar verib" sualına müğənni belə cavab verib: "İşin getməyi o demək deyil ki, mən hansısa xanımı öpüm, qucaqlayım. Əgər tələb olunarsa, bu da olar və o (həyat yoldaşı Afət - red.) heç nə deyə bilməz. Çünki ən azından o da rejissordur. Hətta elə bir klipim var ki, biz ortaya çıxarmadıq. Rejissoru Afət idi. Orada mən xanımı öpürəm, xanım da məni öpür, belə şeylər olub.
"Sənin üçün sərhədlər harada bitir" sualına isə müğənni bu cür cavab verib:"Dodaq-dodağa öpüşərkən, yatağa girərkən sərhədlər bitir. Belə danışırıq, tamaşaçılar elə bilər ki, biz 18+ yaratmışıq. Mənim üçün sərhəd deyilən şeylər bunlardır".
MilliYol.Az
Digər xəbərlər
loading...