Tanınmış aktyor və blogger Emil Musayev məhkəməyə verilib.
Lent.az-ın məlumatına görə, buna səbəb onun fərdi sahibkar fonda olan borcları ilə bağlıdır. Belə ki, sənətçi yaranmış vergi borclarını müəyyən vaxt keçməsinə baxmayaraq, ödəməyib.
Buna görə də Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi onun barəsində Bakı Kommersiya Məhkəməsinə şikayət edib. Şikayətdə onun vergiləri ödəmədiyi təqdirdə ölkədən çıxışına müvəqqəti qadağa qoyulması xahiş olunub.
Müraciətə hakim Nərmin Əhmədovanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, aktyor, ssenarist, blogger və aparıcı Musayev Emil Vurğun oğlu "Planet Parni iz Baku" KVN teatrının aktyorudur. O, “Bəxt üzüyü 2”, "Məhəllə 3", “Qapı” və s. filmlərdə rol alıb. Sənətçi həmçinin 44 günlük Vətən müharibəsi iştirakçısıdır, Füzuli və Xocavənd rayonlarının azad olunmasına görə, medalları ilə təltif edilib.