2024-cü il oktyabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5304,9 min nəfər olub, onlardan 5021,7 min nəfərini məşğul əhali təşkil edib.
Bu barədə MilliYol.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Cari il sentyabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1754,9 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 878,3 min nəfər, qeyri-dövlət sektorunda isə 876,6 min nəfər təşkil edib İqtisadiyyatın neft-qaz sektorunda 31,7 min nəfər, qeyri neft-qaz sektorunda isə 1723,2 min nəfər çalışıb.
Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,0 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,4 faizi emal sənayesində, 6,9 faizi tikintidə, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 1,9 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,9 faizi mədənçıxarma sənayesində, 1,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.
Xidmət sahəsində işləyənlərin 18,9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 18,2 faizi təhsil, 8,3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,4 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,7 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət, 3,1 faizi istirahət, əyləncə və incəsənət, 3,0 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,2 faizi maliyyə və sığorta fəaliyyəti, 1,9 faizi informasiya və rabitə, 1,1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində çalışıblar.
Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.
2024-cü ilin yanvar-avqust aylarında iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə orta aylıq nominal əməkhaqqı (manat)
Digər xəbərlər
loading...