2024-cü il ədəbiyyat üzrə Nobel mükafatına Cənubi koreyalı yazıçı Han Kang layiq görülüb.
MilliYol.az xəbər verir ki, bu barədə məlumatı Nobel Komitəsi yayıb.
Bildirilib ki, 53 yaşlı yazıçı mükafatı "tarixi travmalara qarşı gələn və insan həyatının kövrəkliyini təcəssüm etdirən intensiv poetik nəsrinə görə” qazanıb.
Han Kang 1970-ci ildə Cənubi Koreyada anadan olub. O, yazıçı Han Sınqvonun qızıdır. 10 yaşında olarkən öz "Yunan dərsləri" adlı əsərində də bəhs etdiyi Suyuriyə köçüb. Yonsey Universitetində ədəbiyyat üzrə təhsil alıb. Müəllifin qardaşı Han Donq Rim də yazıçıdır.
1993-cü ildə şeirlərinin "Ədəbiyyat və cəmiyyət" adlı dərgidə çap edilməsi ilə karyerasına başlayıb. Öz bədii debütünü isə növbəti ildə qısa hekayəsi "Qırmızı lövbər"in "Seul Şinmun” bahar müsabiqəsində qalib gəlməsi ilə başlayıb. O vaxtdan bəri "İ Sanq” ədəbiyyat mükafatı(2005), "Günün gənc artisti” mükafatı və "Koreya Roman Ədəbiyyatı ” mükafatına layiq görülüb.
2016-cı ildə yazdığı mental cəhətdən xəstə olan və ailəsinin etinasızlığı ilə qarşılaşan qadının həyatından bəhs edən "Vegeterian" adlı əsərilə Beynəlxalq "Booker” mükafatına layiq görülüb.
Roman həmçinin müəllifin ingilis dilinə tərcümə edilən ilk əsərlərindəndir.
Digər xəbərlər
loading...