Bu proseduru artıq bir çox tanınmış iş adamları keçib. Məsələn, vaxtilə analoji problemlə hazırda ABŞ-ın prezidenti olan Donald Tramp da üzləşib. Lakin o problemləri həll edə və hər şeyə yenidən başlamağı bacara bilib. İtirməsən - tapa bilməzsən
Axar.az xəbər verir ki, bu sözləri Telman İsmayılov dünyada ilk müflis olan milyonçu olması barədə suala cavab verərkən deyib. APA-ya geniş müsahibəsində müflis olmuş milyonçu bildirib ki, Rusiyada biznes qurmaq imkanı yoxdur:
“Mən Rusiya Federasiyasının vətəndaşıyam. Əlbəttə, Rusiya və Moskvada sabit biznesə sahib olmaq istəyirəm. Çox təəssüf ki, bu, hələlik qeyri-mümkündür”.
Telman İsmayılov yeni biznes qurmaq istədiyini də vurğulayıb:
“Yeni şirkətlər açmağa, yeni layihələr yaratmağa, bizneslə məşğul olmağa vərdiş etmişəm. Amma bunun üçün ilk növbədə pul lazımdır. İndi bu, mənim üçün mümkün deyil. Əvvəlcə, kreditorlarımla problemləri həll etmək vacibdir. Yeni işə başlamaq üçün köhnələri başa çatdırmaq lazımdır. İndi məhz bununla məşğulam”.
T.İsmayılov bildirib ki, ABŞ Prezidenti Donald Trampla münasibətləri var: “Amerikada olarkən Tramp məni evinə dəvət edib. O zamandan bizim uşaqlarımız dostluq edirlər və bir-birilərinə qonaq gedirlər”.
MilliYol.Az
Digər xəbərlər
loading...