“BOSSELF MMC”nin işçiləri prezident İlham Əliyevə media vasitəsilə müraciət ediblər. Həmin müraciətdə onlar şikayətlərinin mətbuat vasitəsilə prezidentə çatdırılmasını xahiş edirlər
Həmin müraciəti bəzi redaktə və korrektələrlə təqdim edirik:
“Azərbaycan Respubilkasının Pirezidenti Cənab İlham Əliyevə müraciət edən “BOSSELF MMC”nin işçiləri olaraq bizlər bildirmək istəyirik ki, dəfələrlə sizə ünvanladığımız şikayətlərə baxmayaraq, şirkət biz fəhlələri qul vəziyyətinə salaraq istismar etməkdə davam edir.
Ölkədə baş verən bahalaşmaya və dolların məzənnəsinin artaraq manatı 100% üstələməsinə baxmayaraq, “BOSSELF MMC” şirkəti əmək haqları verilərkən hesablamaları dolların kursunu 0,80% göstərərək fəhlələrin əmək haqqını yarı-yarıya mənimsəməkdən əl çəkmir. Belə bir çətin və məsuliyyətli işləri görən fəhlələri elə bir vəziyyətə çatdırıblar ki, fəhlələr artıq eytiraz aksiyası keçirməyə hazırlaşırlar. İxtiyar Axundov zavodda öz adamlarını yerləşdirməklə, qeyri-insani rəftarı ilə çaşqınlıq, əlaqədar dövlət qurumlarının fəaliyyətinə qarşı inamsızlıq yaradır. Zavodda üç min işçi çalışır. Üç min işçinin ümumi əmək haqqının yarısını hesablayanda İxtiyar Axundovun hər ay milyonlarla pul əldə etdiyin aşkar etmək mümkündür. Bildirdiyimiz faktlarla yanaşı zavodda qohumbazlıq, yerlibazlıq və qruplaşma baş alıb gedir. Mükəmməl qaynaq vuran və iş bacaran işçilərə 300-400 manat verən Axundov öz qohumlarlna və yerlilərinə daha yüksək əmək haqqı verir. Bu haqsızlığa etiraz edən işçilərsə işdən qovulur. Onu da xatırladırıq ki, İxtiyar Axundovun Abbas adında işdən çıxardığı bir iş yoldaşımız var idi. İşdən çıxarılan Abbas banka olan borcunu ödəyə bilmədiyinə görə ürək tutmasından dünyasını dəyişdi.
Cənab Prezident, nə qədər ki, İxtiyar Axundov bu fəhlələrin axırına çıxmayıb, Sizdən onların haqqında tədbir görülməsi üçün addımlar atılmasını xahiş edirik.
Cənab Prezident, diqqətinizə bunların bizi dolların məzənnəsi ilə necə aldatdıqlarını çatdırmaq istəyirik. Şirkət tərəfindən işçilərə hər ay əmək haqqı ilə birlikdə hesablaşma vərəqi verilir.
Sizə ünvanladığımız bu müraciətə əlavə olaraq həmin maaş vərəqinin fotokopyasını da təqdim edirik.
İnanırıq ki, bizim Sizə güvənərək ünvanladığımız müraciət öz nəticəsini verəcək.
Əvvəlcədən təşəkkürlər”.
Bu müraciətlə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Mənbə: gunxeber.com
Digər xəbərlər
loading...