Sumqayıtda bir neçə təhsil müəssisəsinin rəhbər heyəti arasında kadr dəyişikliyi olub.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmrlər imzalanıb.
Belə ki, Qönçə Səftərova “Təfəkkür Liseyi”nin direktoru vəzifəsindən, Adilə Süleymanova 11 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən və Gülbahar Haqverdiyeva isə 6 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən azad olunub.
Digər əmrlərlə Q.Səftərova 6 nömrəli tam orta məktəbə, A.Süleymanova “Təfəkkür Liseyi”nə, G.Haqverdiyeva isə 63 nömrəli körpələr evinə rəhbər təyin edilib.
Digər xəbərlər
loading...