Bakıda iri restoranlar şəbəkəsinə malik olan "Azərbaycan Restaurants" MMC şirkətinin (Shafron) milyonlarla vergi borcu var.
Qaynarinfo-nun məlumatına görə, şirkətin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Departamentinə 2 milyon 58 min 679 manat 95 qəpik vergi borcu yaranıb.
Qeyd edək ki, "Azərbaycan Restaurants" MMC şirkətinin icraçı direktoru Vüqar Quliyev Məhəmməd oğludur.
MMC 2009-cu ildə təsis edilib. Nizamnamə kapitalı 200 manat təşkil edir. MMC "Chinar”, "Movida”, "Hard Rock”, "Paris Bistro”, "Tosca”, "Pasifico”, "Buddha Bar”, "Elektra” və digər restoranların sahibidir.
Digər xəbərlər
loading...