Türkiyənin ünlü futbol məqçisi Fatih Terimin karyerasını Azərbaycanda davam etdirə biləcəyi barədə xəbərlər yayılıb.
Bəzi məlumatlara görə, Bakının "Neftçi" klubunun rəhbərliyi təcrübəli mütəxəssislə maraqlanır. Hətta yaxın zamanda tanınmış məşqçi ilə görüşün baş tutacağından da bəhs olunur.
Fatih Terimə yaxın mənbələr Modern.az-a açıqlamasında onun "Neftçi" klubunda çalışa biləcəyi barədə xəbərlərə belə reaksiya verib:
"Neftçi" ilə bağlı yayılan məlumatları biz də sizin kimi mətbuatdan, daha çox sosial mediadan izlədik. Belə bir görüş, yaxud sözləşmə müzakirə olmayıb. Amma Azərbaycan millisi ilə bağlı müəyyən müzakirələr var. Fatih Terim də Azərbaycan millisində çalışmaqda maraqlıdır. Bu, onun üçün milli bir işdir".
Mənbə Terimə hazırda bir çox fərqli təkliflər gəldiyini də qeyd edib.
Xatırladaq ki, Azərbaycan millisi bu ilin iyununda portuqaliyalı baş məşqçisi Fernandu Santuşa tapşırılıb və onunla "3+1 illik” müqavilə imzalanıb. AFFA Fernandu Santuşun qarşısına AVRO-2028-in seçmə mərhələsində uğurlu çıxış etmək məqsədi qoyub. Milli komandamız sentyabrın 5-də Fernandu Santuşun baş məşqçiliyi altında ilk oyuna çıxıb və İsveç yığmasına uduzub - 1:3.
"Neftçi"nin baş məşqçisi isə ukraynalı Roman Qriqorçukdur.
Digər xəbərlər
loading...