Son zamanlar sosial şəbəkələrdə saxta investisiya və maliyyə təklifləri genişlənib.
Xezerxeber.az-ın məlumatına görə, mövzuya münasibət bildirən İKT üzrə mütəxəssis Araz Mustafa deyib ki, maliyyə fırıldaqçıları üçün əsas auditoriya sosial şəbəkələrdir.
Onun sözlərinə görə, fırıldaqçılar gənc istifadəçilər, yaşlı nəsil, daha az maliyyə biliyi olan vətəndaşlar və ya iş axtaranları bu platforma üzərindən cəlb edə bilirlər. Onlar bu cür insanları tapmaq üçün sosial şəbəkələrin data analitikasından yararlanırlar.
DİN-in mətbuat xidmətinin baş inspektoru Elbrus İbrahimov isə bildirib ki, vətəndaşlar daha diqqətli olmalı və yalan vədlərə inanmamalıdırlar.
Qeyd olunub ki, vətəndaşlar daha etibarlı investisiya və ya kredit imkanları barədə məlumat almaq üçün bu sahənin mütəxəssislərlərinə müraciət etməlidirlər.
Digər xəbərlər
loading...