Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinə iki yeni müavin təyin edilib.
Modern.az-ın məlumatına görə, bu vəzifələr Abbasov Hasil Vasif oğlu və Quluzadə Ramal Balay oğluna həvalə edilib.
Qeyd edək ki, Hasil Abbasov təyinatına qədər 2023-2024-cü illərdə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyəti sədrinin müavini vəzifəsində, Ramal Quluzadə isə 2022-2024-cü illərdə Dövlət Məşğulluq Agentliyinin Quba-Xaçmaz Regional Məşğulluq filialının müdiri vəzifəsində çalışıb.
Xatırladaq ki, bundan əvvəl Agentliyin sədr müavinləri Cəmaləddin Quliyev və Rüfət Cavadovun vəzifələrindən azad olunduğu barədə xəbər yaymışdıq.