Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) tərkibində Bank Ekspertlər Şurası yaradılıb.
Bu barədə MilliYol.az-a AQC sədri Vüqar Oruc məlumat verib.
Vüqar Oruc bildirib ki, Şuranın tərkibinə ölkədə fəaliyyət göstərən 12 bank tərəfindən təklif edilmiş - Vəliməmmədov Rüstəm (“Paşa Bank” ASC); Sadıqov Hikmət (“Paşa Bank” ASC); Quliyev Ruslan (“Kapital Bank” ASC); Əliyev Paşa (“Access Bank” QSC); Nəsibov Samir (“Expressbank” ASC); Nəsibli Tural (“Bank of Baku” ASC); Kərimli Cahangir (“Ziraat Bank Azərbaycan” ASC); Kazımov Rəşad (“Unibank” ASC); Bağıyev Məmməd (“Rabitəbank” ASC); Əhmədov Elvin (“Yelo Bank” ASC); Qəhrəmanov Qəhrəman (“Yapı Kredi Bank Azərbaycan” QSC); Dəmirov Fərid (“Yapı Kredi Bank Azərbaycan” QSC); Bədirxanov Emin (“Bank Avrasiya” ASC); Əliyev Namiq (“Bank VTB Azərbaycan” ASC”) şəxslər üzv təyin olunub.
AQC sədrinin bildirdiyinə görə, Bank Ekspertlər Şurasına rəhbərlik “Paşa Bank” ASC-nin nümayəndəsi Hikmət Sadıqova həvalə edilib.
“AQC Bank Ekspertlər Şurası ölkənin kommersiya banklarında çalışan, AQC kurslarında iştirak edən qiymətləndiricilərdən ibarətdir. AQC Bank Ekspertlər Şurası AQC Peşəkar Qiymətləndiricilər Şurasında müəyyən olunmuş kvota ilə təmsil olunacaq” - deyə V.Oruc əlavə edib.
Qeyd edək ki, ölkənin bank sektoru ilə qiymətləndirmə sektoru arasında əməkdaşlıq daha da möhkəmlənir. Belə ki, Vüqar Oruc bu il Mərkəzi Bankın İdarə Heyəti yanında Sahibkarlarla Əməkdaşlıq Şurasının üzv seçilib.