Son günlərdə dünya mətbuatında dolaşan xəbər hər kəsi qorxuya salıb. Alimlərin verdiyi açıqlamalara görə, fevralın 25-də asteroid yerə çırpılacaq. Yerə çırpılacaq olan asteroid NASA tərəfindən “2016 WF9” adlandırılıb
Nibiru kimi də adlandırılan bu planet həqiqətən Yer üçün çox təhlükəlidirmi?
Musavat.com hazırda Yer üçün təhlükə sayılan planet haqqında ətraflı məlumat verir.
Bu cür qorxunc anonslar müxtəlif illərdə dəfələrlə verilib. Bu dəfə isə Niburu adı ilə bilinən planetin dünyamıza çırpılacağı iddia edilir.
Planet X, Mardruk və ya Nibiru - bu 3 planetin adını bəlkə də kimlərsə eşidib.
Bu adları Günəş sistemindəki 10-cu planeti adlandırmaq üçün istifadə edirlər. NASA Planet X olaraq adlandırır, amma alimlər tam əminliklə bunun Nibiru olduğunu deyir. Babil astronomları isə Mardruk adlandırır.
NASA-nın açıqlamalarına görə, belə bir planet mövcud deyil. Ancaq araşdırmaçı alimlər iddia edir ki, NASA bu planetin mövcudluğuna inanır və hətta onun haqqında araşdırmalar aparır.
İddialara görə, NASA-nın ən böyük layihələrindən olan “New Horizons” və “Voyager 2”-də bu gizli planeti kəşf etmək məqsədi var idi. NASA-nın bu layihələrdə “Planet X”-i araşdırdığı və bu haqda heç bir açıqlama vermədiyi iddia edilir. Başqa bir iddialara görə isə, bu planet 19-cu əsrdən bəri aşkar olunub və araşdırılır.
Yaxın tarixə nəzər salsaq, 1996-cı ildə dünyanın yaxınından keçəcək planetin təbii fəlakətlərə səbəb olacağı, dəhşətli zəlzələr olacağı deyilirdi. 2003-cü ildə isə vulkanların püskürəcəyi və dünyanı su basacağını iddia edirdilər. Son olaraq 21 dekabr 2012-ci ildə Maya təqviminə görə, dünyanın sonunun olacağı iddia olunurdu. Bunların hamısını birbaşa Nibiru ilə əlaqəndirirlər.
İndi də 25 fevral qorxusu...
Bu iddialar ortaya necə çıxır, bilinmir. Amma mistika mütəxəssisləri Nibirunun belə tez-tez dünyaya yaxınlaşmasını cəfəngiyyat hesab edir. Mütəxəssislərin sözlərinə görə, bu təhlükəli planet dünyaya 3600 ildən bir yaxınlaşır və o zaman fəlakətlərə yol açır.
Şumer tarixinə nəzər salsaq həmin dövrlərdə texnologiyanın olduqca inkişaf etdiyini müşahidə etmək mümkündü. Şumerlilərə görə Tanrı və ya Kralın nəslindən olanlar xalqa elm və texnologiya bəxş edirmiş. Belə insanlara Annnuaki adı verilmişdi. Onları “göydən gələn insan” kimi qəbul edən şumerlər, Annuakilərin bəhs etdiyimiz Niburi planetindən gəldiyinə inanırdılar.
Hayali bir gezegenin insanlığı bu kadar etkilemesinin asıl sebebi tarihe dayanıyor.
Şumer mifologiyasına görə, insan irqi də Nibirudən gəlib. İnanclara görə, Mars və Yupiter arasında Tiamat adlı bir planet olub. Fərziyyələrə görə, Tiamat Nibiruya çırpılıb. Nəticədə bu planetlərdən qopan parçalardan Yer yaranıb.
Babil mifologiyasında da buna bənzər rəvayət var. Paqan və Tenqri inanclarında da əks olunan bu rəvayət fərqli bir formada yəhudilərin müqəddəs kitabı sayılan “Tövrat”da yer alıb.
Sümer mitolojisine göre insan ırkı Nibiru`dan gelmişti.
Piramidaları inşa edən və dünya liderlərini yetişdirən yadplanetlilərin olduğunu dəfələrlə eşitmişik. Amma bu, sadəcə bir fərziyyədir.
“İllimunati” adlı təşkilatın bir fərziyyəsi də Nibiru planetinə bağlıdır. İddiaya görə, dünya liderləri sadəcə, Annuaki (Şumer və Akadların mifoloji tanrıları) soyundan gələnlərdir.
Piramitleri inşa eden, dünya liderlerini oluşturan uzaylı ırkı teorisini duymuşsunuzdur.
Şumerlər və Annuakilər haqqında araşdırmaları ilə məşhur olan Zeçaria Sitçin ölümündən öncə bir sonrakı təhlükənin 2085-ci ildə gələcəyini deyirdi. Yalnız yaxın tarixdəki bu cür fərziyyələrin sıralamasına baxsaq, uzaq 2085-ci ildə yox, elə yaxın 5-10 il ərzində də yenidən bu cür qorxunc proqnozlar ortaya çıxa bilər.
MilliYol.Az
Digər xəbərlər
loading...