Bakı şəhərində yerləşən Fizika, riyaziyyat və informatika təmayüllü liseyin direktoru Tariyel Talıbov və Kimya, biologiya təmayüllü respublika liseyinin direktoru Kamran Rəhimov vəzifələrindən azad edilib.
Modern.az-ın məlumatına görə, onlar çalışmanın yaş həddinə çatma səbəbi ilə əmək fəaliyyətini başa vurublar.
Direktorların əvəzinə hələlik təyinat yoxdur.
Qeyd edək ki, Talıbov Tariyel 1993-cü ildən Fizika, riyaziyyat və informatika təmayüllü liseyə rəhbərlik edirdi.
Digər xəbərlər
loading...