Bakıda müəllimlər üçün vakant yer tapılmır, bölgələrdə isə vəziyyət əksinədir.
Xezerxeber.az-ın məlumatına görə, son illərdə rayonlarda dərsləri tədris edəcək müəllimlər çatışmır.
Buna səbəb isə müəllimlərin bir çoxunun regionlarda dərs keçmək istəməməsidir. Təhsil ekspertlərinin sözlərinə görə, müddətli müqavilənin olması bölgələrə tələbatı azaldır.
Həmçinin regionlara üz tutan müəllimlərin əməyi stimullaşdırılmalıdır ki, rayonlarda dərs deməyə maraq olsun.
Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə sorğu ünvanlasaq da, günün sonuna qədər qurumdan heç bir açıqlama verilmədi.
Digər xəbərlər
loading...