2020-ci il sentyabrın 27-dən başlayan və 10 noyabra qədər davam edən Vətən müharibəsindəki qələbəbiz sayəsində 30 ildən sonra Qarabağa, o cümlədən Azıx mağarasının yerləşdiyi Xocavənd rayonuna qayıda bildik. Azıx mağarası qədim insanlarının yaşayış yeri kimi dünyada məşhurdur. 1968-ci ildə mağadara aparılan araşdırma nəticəsində qədim insana məxsus alt çənə sümüyü aşkarlanıb.
Xocavənd rayonunun Azıx və Salakətin kəndləri arasında, Füzuli şəhərindən 14 km şimal-qərbdə, dəniz səviyyəsindən 900 metr hündürlükdə yerləşən mağara kompleksi uzun illər Ermənistanın işğalı altında olub.
Azıx mağarası işğal altında qalarkən Ermənistan tərəfindən orada bir sıra saxtalaşma işləri aparılıb.
Torpaqlarımız işğaldan azad olunandan sonra Azıxda tədqiqat işlərinə başlanılıbmı?
AMEA A.Bakıxanov adına Tarix İnstitunun əməkdaşı Faiq İsmayılov Modern.az-a bildirib ki, Azıx mağarasında hələ tədqiqat və qazıntı işlərinə başlanılmayıb. Lakin gələcək planlarda bu barədə çox geniş tədqiqat işlər görülməsi nəzərdə tutulub.
"Mən düşünmürəm ki, bu plan illər sonraya qalacaq. Tezliklə lazım olan vəsait, işçi qüvvəsi, ekspedisiyanın yaradılması və işə başlanması gözlənilir. Azıx mağarasında işlər aparılmasa da, baxışlar keçirilir, ölçülər götürülür, ermənilərin vurduğu zərərlər və qazıntılar nəzərdən keçirilir”.
Faiq İsmayılov qeyd edir ki, bütün dünyanın diqqətini çəkən bu abidəni erməniləşdirmək üçün Ermənistan hökuməti müxtəlif cəhdlər edib:
"Əslində dünyanın diqqətini Ermənistanın işğalçılıq siyasətindən yayındırmaq, işğal etdikləri bu ərazilərin ermənilərə məxsus olmasını sübut etmək idi. Halbuki, Azərbaycan arxeoloqları Azıx paleolit düşərgəsində aşkar etdikləri maddi-mədəniyyət nümunələrini 1981-ci il dekabrın 8-də Parisin İnsan müzeyindəki "Avorpanın ilk sakinləri" adlı sərgidə nümayiş etdirmişdilər.
1992-ci il işğalından sonra Ermənistan ordusu Azıx mağarasından silah-sursat anbarı kimi istifadə edirdi. 1999-cu ildə mağaranı Ermanistanın Arxeologiya va Etnoqrafiya İnsititutunun istifadəsinə verdilər. Öz növbəsində isə Ermənistanın Etnoqrafiya İnstitutu Azıx mağarasında qazıntı işlərinə başlamağa qərar verdi. Ermənilər bu qeyri-qanuni və qeyri-insani əməllərinə Rusiya, Fransa və Amerika dövlətlərindən maliyyə dəstəyi ilə ala bildilər. Bununla da Azarbaycanın tarixinə və mədəniyyatinə qarşı başlanan cinayət işi beynəlxalq dəstək qazandı. Bu supergüclərin dəstəyi nəticəsində 2001-ci ildə Ermənistan hökuməti Azıx mağarasındakı qazıntı işlərinə xarici ölkələrin alim və tədqiqatçılarını cəlb edə bildilər. Onlar hətta qazıntı işlərinə rəhbərliyi də xaqici ölkə vətəndaşlarına həvalə edirdilər. Kütləvi qazıntı işləri zamanı ermənilər Azıxdan tapdıqları heyvan sümüklərini, əmək, məişət və ov alətlarini, məişət əşyalarını və digər nümunələri Quruçayın sularında yuyaraq, kisələrə doldurub laboratoriya analizlərindən keçirmək üçün Ermənistana, oradan da Londona göndərmişdilər. Beləliklə, qanunsuz olaraq Azərbaycan ərazisində əldə edilən tarix və mədəniyyət nümunələri bu yolla ölkədən çıxarılaraq mənimsənilirdi.
Nəticədə Ermənistan tərəfindən Azərbaycana konkret maddi və mənəvi zərər vurulub. Bunun da məsuliyyəti məhz Ermənistan hökumətinin üzərinə düşür. "Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti”nin 31-ci maddəsinə əsasən, məsuliyyət daşıyan dövlət beynəlxalq hüquqazidd əməllər nəticəsində vurduğu zərəri ödəməlidir və bu zərər beynəlxalq hüquqazidd əməllər nəticəsində vurulmuş bütün ziyanlardan, o cümlədən maddi və ya mənəvi ziyanlardan ibarətdir. "Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti”nin 34-cü maddəsində beynəlxalq hüquqazidd əməllər nəticəsində vurulmuş zərərin ödəmə formaları müəyyən edilib. Bu maddədə göstərilir ki, "beynəlxalq hüquqazidd əmələ görə vurulmuş zərərə görə tam ödəmə formaları restitusiya, kompensasiya və satisfaksiya formalarında ola bilər. Bu formalar həm ayrı-ayrılıqda, həm də bir-biri ilə bağlı istifadə edilə bilər”.
Digər xəbərlər
loading...