Ermənistan Zəngəzur dəhlizində təhlükəsizliyin təmin edilməsini beynəlxalq özəl şirkətə verilməsinin istisna edilmədiyini gündəmə gətirib.
Özəl şirkətin missiyası Naxçıvana maneəsiz keçidin "Azərbaycandan Azərbaycana prinsipi” üzrə açılacağı təqdirdə, Azərbaycandan gedən sərnişinlər və daşınan yükləri müşaiyət etmək ola bilər. Kommunikasiyanın açılmasında Ermənistanın "suverenlik tələbini” dəstəkləyən Qərb anlayır ki, Azərbaycanın maneəsiz keçid istəyi nəzərə alınmasa, bölgədəki planlarının icrası mümkün olmayacaq. Bu baxımdan:
- Kommunikasiyanın İrəvan və Bakının razılaşacağı variantla açılmasına nail olmağa çalışır;
- Azərbaycanın Naxçıvana çıxışı üçün "yaşıl dəhliz” yaradır, üçüncü tərəflər isə bu yoldan Ermənistanın yoxlaması ilə istifadə edir;
- Təhlükəsizliyin özəl şirkətə həvalə edilməsi Ermənistanın "suverenlik prinsipi”nin qorunduğu, bu ölkə ərazisində üçüncü ölkənin qüvvələrinin iştirak etmədiyi görüntüsünü yaratmaq məqsədi daşıyır;
Və bu ssenari ilə Rusiyanı bölgədə sıxışdırırlar. İrəvanın "özəl şirkət”lə bağlı açıqlamasının Rusiyanın kommunikasiyanın açılması, ümumilikdə Bakı-İrəvan sülh danışıqlarında təşəbbüsü ələ almaq istiqamətində aktivləşdiyi vaxt gündəmə gəlməsi təsadüfi deyil.
Zəngəzur dəhlizində dayanacaq "özəl şirkət”in tərkibinin ABŞ hərbi qüvvələrindən, yaxud bir neçə Qərb ölkəsinin birləşmiş qüvvələrindən ibarət olacağı istisna deyil. Pentaqonun Kəşfiyyat İdarəsinin Avropa-Avrasiya Mərkəzinin rəhbəri Patrik Prayorun Bakıya səfəri də bununla bağlı ola bilər. Vaşinqton Naxçıvana maneəsiz keçiddə təhlükəsizliyin özəl şirkət tərəfindən təmin edilməsi məsələsini Bakı ilə razılaşdırmaq istəyir.
Asif Nərimanlı
Digər xəbərlər
loading...