Şirvanda dələduzluqda şübhəli bilinən şəxs tutulub.
Milliyol.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Şirvan Şəhər Polis Şöbəsinin keçirdiyi tədbirlərlə Azər Əliyev adlı şəxs saxlanılıb.
Məlum olub ki, o, müxtəlif markalı avtomobillərin şəkillərini özünə məxsus nəqliyyat vasitəsi kimi təqdim edərək dəyərindən ucuz qiymətə satılması barədə elan saytlarında məlumatlar yerləşdirib. Ona zəng edən zərərçəkənlərdən “beh” qismində müxtəlif məbləğlərdə pul əldə etdikdən sonra isə onlarla əlaqəni kəsib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Digər xəbərlər
loading...