Azərbaycanın Baş prokuroru Kamran Əliyev Qarabağ separatçıları barəsində başlanmış cinayət işinin təfərrüatlarından danışıb.
"Report" xəbər verir ki, bu barədə o, "News.ru" informasiya portalına bildirib.
K.Əliyev xatırladıb ki, istintaq yekunlaşıb və materiallar yaxın vaxtlarda məhkəməyə təqdim olunacaq.
“Həm təqsirləndirilən şəxslər, həm də zərərçəkmişlərlə bağlı cinayət işi materialları ilə tanışlıq prosesi gedir - bilirsiniz ki, bu cinayət işində zərərçəkənlər çoxdur. Bütün istintaq-əməliyyat tədbirləri həyata keçirildikdən sonra iş beynəlxalq normalara və Azərbaycanın cinayət qanunvericiliyinə uyğun olaraq, mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndəriləcək”, - Baş prokuror bildirib.
Digər xəbərlər
loading...