Bakıda bəzi yaşayış binaları təmir və bərpa olunacaq.
İqtisadiyyat.az xəbər verir ki, söhbət paytaxtın Əziz Əliyev küçəsi 1, 3, 5, 7, 9 ünvanlarında və Neftçilər prospekti 103 ünvanında yerləşən yaşayış binalarından gedir.
Təmir işlərini Avstriyanın dünyaca məşhur restavrasiya şirkəti olan "Atelier Erich Pummer GmbH" şirkəti həyata keçirəcək.
İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə şirkət arasında təmir işləri ilə əlaqədar olaraq dəyəri 185 000 manat olan müqavilə bağlanılıb.
Qeyd edək ki, "Atelier Erich Pummer GmbH" 2010-cu ildən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ilə əməkdaşlıq edir.
Digər xəbərlər
loading...