Mikayıl Cabbarovun əmri ilə 9 saylı Binəqədi seçki komissiyasının sədri Həsən Bayramovun Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin başına gətirilməsinin pərdəarxası məqamları
AzToday.az-ın məlumatına görə, Fransada siyasi mühacir statusu alaraq dövlətimizin və prezidentin əlehinə fəaliyyət göstərən Elşad Abdullayevin yaxın qohumuna və kadrına yeni vəzifə verilib.
Daha əvvəllər Azərbaycan Beynəlxalq Universitetində Elşad Abdullayevin sağ qolu olaraq bilinən və bu şəxsin bütün çirkli işlərinə şərik olan Həsən Bayramov Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru vəzifəsinə təyin olunub. Təhsil naziri Mikayıl Cabbarovun Elşad Abdullayevin ən yaxın adamını bu vəzifəyə təyin edərkən hansı prinsiplrdən çıxış etdiyini bilməsək də, fakt odur ki, artıq Həsən Bayramov yeni vəzifəsinə başlar-başlamaz təhsil mərkəzində özünün korrupsiya bazarını yaradıb.
Qeyd edək ki, Həsən Bayramov həmçinin 9 saylı Binəqədi dairə seçki komissiyasının sədri vəzifəsini daşıyır. Bu barədə bir qədər aşağıda geniş məlumat verəcəyik. Hələlik isə onu bildirək ki, Həsən Bayramov daha əvvəllər Azərbaycan Beynəlxalq Universitetində çalışırkən Elşad Abdullyaevin qara kassası kimi tanınıb. Abu-da tələbələrdən yığılan rüşvətin, qanunsuz tələbə köçürmələrinin, həmçinin çoxlu sayda saxta diplomun verilməsinin başında məhz Həsən Bayramovun durduğu bildirilir.
Həsən Bayramov 2005-ci ilin deputat seçkilərində Elşad Abdullayevin seçki qərargahının rəhbəri də olub və rayonda onun təbliğat və təşviqat işlərinin həyata keçirilməsinə birbaşa başçılıq edib. Mənbə bildirir ki, Elşad Abdullayev xaricə qaçaraq dövlət başçısı əlehinə fəaliyyətə başladıqdan sonra, onu və oğlunu MTN-ə apararaq dindiriblər və külli miqdarda pul müqabilində onları sərbəst buraxıblar. Buna baxmayaraq, mənbə bildirir ki, Həsən Bayramov Bakıdavn hələ də Elşad Abdullayevlə əlaqə saxlayan çox az adamlardan biridir.
MTN tərfindən saxlanıldıqdan sonra bir müddət gözləmə mövqeyi tutan Həsən Bayramovun yaxın qohumu, Binəqədi rayon İcra Hakimiyyətində Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində işləyən və Binəqədi rayon YAP təşkilaiının sədri olan Ramiz Göyüşovun vasitəsilə 9 saylı Binəqədi seçki komissiyasına sədr gətirilib. Özünün dediyinə görə, bu vəzifəyə təyin olunması üçün MSK-ya təqdimat göndərilməsinə görə icra başçısına 20 min dollar rüşvət verib. Həsən Bayramovun 2015-ci ildə keçirilən Milli Məclisə keçirilən seçkilərdə verdiyi rüşvət pulunu artıqlaması ilə çıxardığı söylənilir. DSK-dakı qaynağımızın bildirdiyinə görə həmin dairədən deputat seçilmiş Kamaləddin Qafarov səsvermədən əvvəl Həsən Bayramova DSK və mənətəqə komissiyası üzvlərinə paylamaq üçün 40 min azn pul verib. Həsən Bayramov isə həmin pulu çox az bir qismini komissiya üzvləri arasında paylayaraq qalanını özünə götürüb.
Mənbə onu da bildirir ki, Həsən Bayramov Binəqədi rayonunda Ramiz Göyüşovun “makleri” kimi də, ad çıxarıb. Binəqədinin icra hakimiyyəti başçısına pul verib iş görmək istəyən adamlar Həsən Bayramova yaxınlaşır və o da İH-dakı qohumu və rayon YAP təşkilatının sədir Ramiz Göyüşov vasitəsilə məsələləri həll edir.
Mənbə bildirir ki, Ramiz Göyüşovun YAP Binəqədi təşkilatına sədr gətirilməsində də Həsən Bayramovun rolu var. Belə ki, köhnə sədr Nəbi Xəlilovla intiriqası olan olan Həsən Bayramov akademiyanın müxbir üzvü olan nüfuzlu qohumunun araçılığı ilə Nəbi Xəlilovun sədrlikdən uzaqlaşdırılaraq öz qohumunun bu posta gətirilməsinə nail olub.
Həsən Bayramovun iki peşə litseyinin birləşdiirlməsi nəticəsində yaradılmış Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə direktor gətirilməsində də məhz həmin qohumunun ciddi rolu var. Bu barədə gələn yazımızda.
- Həsən Bayramov Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə necə, kimə nə qədər verərək direktor təyin edilib?
- Həsən Bayramov direktor təyin edildikdən kimləri ixtisar edib və kimləri niyə, nəyin müqabilində, nə qədər “şirinlik” alaraq vəzifəyə təyin edib?
- Həsən Bayramov Beynəlxalq Universitetdə tətbiq etdiyi qaydaları peşə mərkəzində də tətbiq etməyə hazırlaşır. Bir tələbənin qəbulu neçəyə olacaq?
- Elşad Abdullyaevin gizli video çəkilişlərinjə Həsən Abdullayevin hansı rolu olub?
Bu və ya digər maraqlı məlumatlarla növbəti yazımızda tanış olacaqsınız. Bizi izləyin…
Qarşı tərfin mövqyeini dərc etməyə hazırıq.
MilliYol.Az
Digər xəbərlər
loading...