Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azerbaijan İnternational Telecom (AzInTelekom)” MMC daha bir tender elan edib.
İqtisadiyyat.az xəbər verir ki, tender hökumət buludu layihəsi çərçivəsində mövcud şəbəkənin genişləndirilməsi məqsədilə avadanlıqların satın alınması ilə bağlıdır.
“AzInTelekom” satınalmanın 13 milyon manata başa gələcəyini ehtimal edir. Buna baxmayaraq, alınması nəzərdə tutulan avadanlıqların adı göstərilməyib.
Bu gün elan olunan tender üzrə təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi oktyabrın 14-ü müəyyənləşib.
Digər xəbərlər
loading...