Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Bakı şəhəri Xətai rayon idarəsinin rəisi Yalçın Sadıqlı vəzifəsindən azad edilib.
"Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı SHXÇDX-nin rəisi Mürsəl İbrahimov əmr imzalayıb.
Digər əmrlə, Nicat Həsənov SHXÇDX-nin Xətai rayon idarəsinin rəisi vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, N.Həsənov bundan əvvəl Dövlət Xidmətinin Binəqədi və Sabunçu rayon idarələrinin rəisi olub.
Digər xəbərlər
loading...