88 saylı Şamaxı seçki dairəsindən bitərəf namizəd Rauf Qurbanov seçicilərlə görüşlərini davam etdirir. Növbəti görüş Şamaxı Olimpiya İdman Mərkəzində keçirilib.
İzdihamlı keçən görüşdə xalq artisti Şeyx Əbdül Mahmudov, Hacı Fərəc (Bala Nəsimi), Mahmud Əfəndi kimi Şamaxı ictimaiyyətinin tanınmış simaları da iştirak edib.
Görüşə həmçinin şəhid ailələri, Qarabağ qaziləri də qatılıb. Seçicilər Rauf Qurbanovu coşqu ilə qarşılayıb və sürəkli alqışlarla ona dəstəklərini ifadə ediblər.
Tədbirdə çıxış edən Rauf Qurbanov Azərbaycanın qüdrətli dövlət olduğunu vurğulayaraq bildirib ki, bütün bunlara görə uğurlu siyasi, geosiyasi, sosial-iqtisadi, humanitar islahatlar aparan Ali Baş Komandan, Prezident İlham Əliyevə, birinci xanım vitse-prezident Mehriban Əliyevaya, Azərbaycan Ordusuna, şəhid, qazi və müharibə iştirakçılarına və nəhayət xalqımızın böyüklüyünə borcluyuq. Şamaxılılar bu sözləri böyük alqış və coşğuyla qarşılayıb.
Çoxminli seçiciləri qarşısında çıxışında Rauf Qurbanov bir daha vurğulayıb ki, seçiləcəyi təqdirdə Şamaxıda millət vəkili olmağın yeni nümunəsini yaradacaq.
O, qeyd edib ki, deputat seçiciləri ilə daima təmasda olmalı, onları narahat edən problemlərlər maraqlanmalı, həll yollarının tapılması üçün çaba göstərməlidir.
Rauf Qurbanov deputat seçiciləcəyi təqdirdə seçicilərlə vaxtaşırı görüşlər keçirəcəyini, seçiciləri hər hansı bir çətinliklə üzləşəcəkləri təqdirdə onların yanında olacağını, dəstək verəcəyini bəyan edib.
Namizəd populist vədlərin əleyhinə olduğunu söyləyərək bildirib ki, ortaya real iş qoyulmalıdır. "Deputatın işi isə parlamentdə seçicisini layiqincə təmsil etməkdir. Seçicini layiqincə təmsil etmək vaxtaşırı onlarla maraqlanmaq, problemlərini dinləmək və bütün bunları yüksək tribunalrdan səsləndirməkdir. Mən belə bir deputat olmaq istəyirəm. Nəinki, mandat qazanıb hansısa imtiyazlara sahib olmaq", - deyə Rauf Qurbanov bildirib.
Rauf Qurbanovun Şamaxı Olimpiya İdman Mərkəzində keçirdiyi izdihamlı görüşdən foto və videoları təqdim edirik:
Digər xəbərlər
loading...