Azərbaycanda daha dörd şirkət ləğv olunub.
Bununla bağlı müvafiq qərarlar qəbul edilib.
Avqustun 15-də "Vanessa Company" Məhdud Məsuliyyətli Cəmiyyətinin Ümumi Yığıncağında hüquqi şəxsin hüquq və vəzifələrinin hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən ləğv edilməsi barədə qərar qəbul olunub.
Mülki Məcəllənin 61.7-ci maddəsinə əsasən ləğv edilən hüquqi şəxsin kreditorlarına pul vəsaiti ödəmə barədə tələblərin daxil olduğu növbəlilik qaydasında ləğvetmə komissiyası (təsviyəçi) tərəfindən ödəniləcəkdir.
Bundan əlavə, "Best Service Baku" Məhdud Məsuliyyətli Cəmiyyəti, "Yaşıl Texnologiya" Məhdud Məsuliyyətli Cəmiyyəti və "AİM Azərbaycan" Məhdud Məsuliyyətli Cəmiyyəti də hüquq və vəzifələrinin hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən ləğv edildiyini elan edib.
Qeyd edilib ki, kreditorlar 60 gün ərzində ləğv edilən hüquqi şəxslərə qarşı tələblərini yuxarıda qeyd olunan MMC-lərin hər birinin hüquqi ünvanına bildirə bilərlər.//İqtisadiyyat.az