Azərbaycanın qərb bölgəsində - Tovuz və Qazax bazarlarında tərəvəzlərin qiyməti artıb.
Xezerxeber.az xəbər verir ki, alıcılar qiymətlərin ani olaraq qalxdığını deyir.
Satıcıların bəziləri isə deyir ki, qiymətlər məhsulun yetişdirildiyi əraziyə görə dəyişir.
Aran rayonu Bərdədə isə meyvə-tərəvəz məhsullarının bolluğu yaşanır. Alıcılar da, satıcılar da vəziyyətdən razıdır.
Bərdədə qiyməti ceyran belinə minən pomidor da xeyli ucuzlaşıb.
Eyni vəziyyət cənub rayonlarında da müşahidə olunur. Lənkəran və Astarada da mövsümü meyvə-tərəvəzlərin qiyməti ucuzlaşıb. Satıcılar deyir ki, avqust ayının sonuna doğru qiymətlərdə bir qədər də ucuzlaşma ola bilər.
Digər xəbərlər
loading...