İŞİD Türkiyənin tanınmış din xadimlərinə qarşı süi-qəsd hazırlayır. MilliYol.Az "Sputnik Türkiyə"yə istinadən xəbər verir ki, bu barədə terror təşkilatının 8 dildə yayımlanan "Rumiyah" jurnalı məlumat yayıb.
Jurnalın fevral sayının türk versiyasının üz qabığında yanvarın 1-də Abdulkadir Maşaripovun basqın etdiyi "Reina" gecə klubunun fotosu yer alıb. Bu günə qədər yayımlanan bütün saylarında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və genelkurmay başqanı Hulusi Akar üçün süi-qəsd çağırışı edən jurnal bu dəfə din xadimlərini və ilahiyyətçiləri hədəf göstərib.
Siyahıda indiyədək İŞİD-in bir neçə dəfə təhqir və təhdid etdiyi Diyanet İşləri İdarəsinin rəhbəri Mehmet Görmez, "Cüppeli Ahmet hoca" kimi tanınan Ahmet Mahmut Ünlü, referendumda "yox" cavabı verəcəyini açıqlayan Furkan Fondunun rəhbəri Alparslan Kuytul, Ulduz Texniki Universitetinin fəlsəfə fakültəsinin əməkdaşı, professor Caner Taslaman, Anti-Kapitalist Müsləmanlar qrupundan İhsan Eliaçık, Abdullah Yolcu, Mustafa İslamoğlu, Abdülaziz Bayındır və Ubeydullah Arslan yer alıb.
Jurnal İŞİD tərəfdarlarını "İslam Dövləti"ni tənqid, müsəlmanları və mücahidləri "təhqir" edən bu şəsləri öldürməyə çağırış edir.
Məqalədə "kafir" adlandırılan şəxslər arasında Bəyoğlu bələdiyyəsinin sədri Ahmet Misbah Demircanın atası, ilahiyyətçi Ali Rıza Demircan, Ankara Universitetinin İlahiyyət fakültəsinin professoru Hasan Onar və Hitit Universitetinin İlahiyyət fakültəsinin professoru Hilmi Demir da var.
MilliYol.Az
Digər xəbərlər
loading...