Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın nəşinin qalıqları tapılaraq ailəsinə təhvil verilib.
Xezerxeber.az xəbər verir ki, bu ailənin əksər üzvü birinci Qarabağ müharibəsində itkin düşüb. Təranə də onların biri olub.
Yaxınları deyir ki, təhlükə yarananda qohumları onu da götürüb Kəlbəcəri tərk etmək istəyiblər.
Ailə illər boyu bu itkinlərdən xoş xəbərin gələcəyini gözləyib. Hələlik həmin itkinlərdən sadəcə Təranə Zeynalovanın qalıqları tapılaraq ailəsinə təhvil verilib.
Qeyd edək ki, Təranə Davud qızı Zeynalova 1970-ci ildə Kəlbəcərdə anadan olub. O, 1993-cü il martın 31-də Kəlbəcər rayonunun Qamışlı kəndi istiqamətində, "Tunel" deyilən yerdə qardaşları Məhəmməd, Nizami və Farizlə və əmisi uşaqları ilə birgə itkin düşüb.
Onun nəşinin qalıqları Laçının Malıbəy kəndi istiqamətində tapılıb.
Digər xəbərlər
loading...