ABŞ dövlət başçısı Donald Tramp ilə xanımı Melaniya Tramp arasındakı münasibət prezidentin andiçmə mərasimindən bugünə qədər gündəmdədir.
Belə ki, o, prezidentlik postunu Barak Obamadan qəbul etmək üçün həyat yoldaşı Melaniya ilə Ağ Evə gəldiyi gün xanımından öndə getməsilə, eləcə də birinci xanımın inaqurasiya zamanı narazı görünüşü, onun Trampa qarşı sərgilədiyi qeyri-səmimi gülüşü və arxasından etdiyi mimik hərəkətlər hələ də müzakirə olunur.
ABŞ-ın 45-ci rəhbərinin 7 müsəlman ölkənin vətəndaşlarına qarşı tətbiq etdiyi miqrasiya siyasətindən sonra Trampa arvadının immiqrant olduğunun xatırladılması, onun Delaver ştatında hərbi bazaya qızı İvanka ilə getməsi cütlüyün ayrıldığına dair xəbərlərin yaranmağına səbəb olub.
“Qafqazinfo” “Milliyet”ə istinadən xəbər verir ki, “First Lady” dünən sanki hər kəsə cavab vermək üçün Florida ştatındakı Palm Biç hava limanına gedərək təyyarədən enən ərini şəxsən qarşılayıb. Lakin bu dəfə başqa bir hadisə olub. Belə ki, Tramp jurnalistlər onları çox yaxından çəkmədiyi ilk anlarda Melaniyanın əlini tutub. Lakin kameralar yaxınlaşdığı zaman xanımının əlini buraxaraq alqışlamağa başlayıb. Birinci xanım sonra yenə ərinin əlini tutmaq istəsə də, Tramp Melaniyanın əlini iki əlinin arasına alaraq vurub və buraxıb. Trampın bu hərəkətindən sonra birinci xanımın üzünün gülmədiyi diqqətdən qaçmayıb.
MilliYol.Az
Digər xəbərlər
loading...